Macarıstanda hakimiyyəti ələ keçirmək istəyən silahlı qruplaşma üzvləri saxlanılıb

Macarıstanın xüsusi xidmət orqanları hakimiyyəti silahlı ələ keçirməyə hazırlaşan “Skif Macarıstanı” qrupunu zərərsizləşdirib.

Polise.az “İzvestiya” ya istinadən xəbər verir ki, 10 məntəqədə həbs və axtarış aparılıb, 11 nəfər saxlanılıb, onlardan 8-i dindirilib.

2023-cü ilin noyabrında qrup üzvlərinin “Skif Macarıstanı” üçün milli hərbi birləşmələr yığdıqlarını bildirdikləri video yerləşdirilib. Qeyd edilib ki qruplaşma üzvləri hökumətin keçmiş və indiki üzvlərini həbs etmək niyyətində olublar və müqavimətlə qarşılaşacaqları təqdirdə döyüşməyi düşünüblər.

Həmin andan xüsusi xidmət orqanları qrupun fəaliyyətini izləməyə başlayıb, konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə hazırlıqla bağlı iş açılıb, iştirakçıların kimliyi müəyyən edilib. Yanvarın 24-ü səhər saatlarında radikal qruplaşmanın üzvləri həbs edilib.

Onların evlərində axtarış zamanı silah, sursat, saxta sənədlər, o cümlədən diplomatik sənədlər, Macarıstan dövlətinin mövcudluğunu inkar edən digər sənədlər, kompüter avadanlığı aşkar edilib. Bütün bunlar radikalların qanunsuz fəaliyyətinin araşdırılması çərçivəsində onların fəaliyyətinin hərtərəfli öyrənilməsi üçün ələ keçirilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button