Macarıstanın yeddi şirkəti Qarabağdakı bərpa prosesinə cəlb edilir – Açıqlama

“Azərbaycan biznesinin Macarıstanda qurulmasında heç bir maneə yoxdur”. 

Bunu Azərbaycan-Macarıstan biznes forumunda Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto deyib. 

O, macar biznesmenlərə müraciət edərək, onları Azərbaycana yatırım etməyə çağırıb. 

“Macarıstan şirkətləri Azərbaycanda fəaliyyət göstərir və onlara münasibət hər zaman yaxşı olub”, – deyə o əlavə edib. 

Nazir Azərbaycanın işğaldan azad edilən ərazilərində fəaliyyət göstərəcək Macarıstan şirkətlərindən də danışıb:

“Biz Qarabağ ərazisində işlər görmək üçün 100 milyon dollarlıq kredit ayırmışıq. Biz əsaslı, effektiv iş görə bilən şirkətləri bu prosesə cəlb edirik. Belə şirkətlərin sayı yeddidir”.

Hamısını Göstər

Related Articles

Back to top button