Maduro helikopterlə məhkəməyə aparıldı

Hərbi əməliyyat nəticəsində ABŞ-yə aparılmış Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı helikopter vasitəsilə Nyu-York Federal Məhkəməsinə gətirilib.

Teleqraf xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyinin açıqladığı ittihamnamədə Nikolas Maduro genişmiqyaslı narkotik qaçaqmalçılığı əməliyyatı ilə dəstəklənən “korrupsiyalaşmış, qanunsuz hökumətin” idarə edilməsində günahlandırılır.

Bildirilir ki, nəticədə ABŞ-yə min tonlarla kokain gətirilib.

Xatırladaq ki, yanvarın 3-də ABŞ xüsusi təyinatlı qüvvələri Nikolas Maduro və onun həyat yoldaşını saxlayıb və ölkədən çıxarıb.

Venesuela xarici işlər naziri İvan Xil Pinto ABŞ-nin Karakasdakı hərbi və mülki obyektlərə zərbələrini hərbi aqressiya adlandırıb.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button