Maduro ilə birgə saxlanılan qadın: Təkcə prezidentin xanımı deyilmiş

Siliya Adela Flores de Maduro yalnız Venesuelanın devrilmiş prezidenti Nikolas Maduronun həyat yoldaşı deyil. ABŞ ordusunun Karakasda həyata keçirdiyi gecə əməliyyatı zamanı Nikolas Maduro ilə birlikdə onun ən yaxın müttəfiqi də saxlanıldı. İndi Flores Bruklin həbsxanasında gələcək taleyini gözləyir.

Polise.az  xəbər verir ki, amerikalı istintaqçılar onu rejimin ən nüfuzlu, ən təhlükəli fiqurlarından biri kimi qiymətləndirirlər.

Siliya Flores 1956-cı ildə Venesuelanın Koxedes ştatında kasıb kəndli ailəsində anadan olub. Uşaqlıqda Karakasa köçüb, 32 yaşında hüquq təhsili alıb. Məhz hüquq sahəsindəki fəaliyyəti onu gələcək həyat yoldaşı ilə bir araya gətirib. Flores 1990-cı illərdə Venesuelanın əfsanəvi lideri Uqo Çavesin vəkili idi, Maduronun isə etibarlı adamı. Onlar 2013-cü ildə, Maduro hakimiyyətə gəldikdən sonra evləniblər.

Klassik birinci xanım obrazından fərqli olaraq, Flores heç vaxt özünü ancaq adi dövlət mərasimlərindəki rolu ilə məhdudlaşdırmayıb. “The New York Times” onu “Venesuelanın ən güclü şəxsiyyətlərindən biri” adlandırır. Hakimiyyət dairələrində onu “Primera Combatiente” (“Birinci döyüş yoldaşı”) kimi tanıyırdılar.

Floresin siyasi yüksəlişi Çaves dövründə başlayıb, məhz o 1992-ci ildə uğursuz çevrilişdən sonra onun azad olunmasını təmin edib, 1994-cü ildə prezident amnistiyası əldə edib. Flores 2006-cı ildə Venesuela parlamentinin sədri seçilən ilk qadın olub. Bu vəzifəyə Nikolas Madurodan sonra keçib.

Venesuelanın keçmiş birinci xanımının adı tez-tez qohumbazlıqla bağlı qalmaqallarda hallanıb. Venesuela və Qərb KİV-lərinə görə, onlarla yaxın qohumu dövlət strukturlarında vəzifə alıb. Daha sonra özü hökumətin baş hüquqşünası olub. Məhz Flores rejimin əsas hüquqi və institusional manevrlərinə rəhbərlik edib.

“Nikolas rejimin siması, Siliya isə yumruğu idi. Miraflores sarayında onun razılığı olmadan heç bir vacib hadisə baş vermirdi”, – Venesuela kəşfiyyatının keçmiş zabiti Miami Herald onun haqda deyir.

2015-ci ildə müxalifətin seçkilərdə qələbəsindən sonra Flores parlamentə qayıdıb, “Con Cilia en Familia” proqramı ilə televiziyada tez-tez görünməyə başlayıb və faktiki olaraq müxalifəti neytrallaşdıran Qurucu Məclisin tərkibinə daxil olub. Sonuncu dəfə 2021-ci ildə deputat olub.

Hüquq-müdafiə təşkilatları və BMT istintaqçıları Maduro rejimini mühakimə olunmamış edamlar, repressiya və siyasi təqiblərlə əlaqələndirirlər. Bu ittihamların mərkəzində daim Siliya Flores dayanır.

“O, heç vaxt təkcə birinci xanım deyildi, həmkar (Venesuelanın ikinci prezidenti) idi”, – ABŞ kəşfiyyatının yüksək vəzifəli rəsmisi bildirib.

Flores ABŞ-də beynəlxalq narkotik şəbəkəsi və rejimin maliyyə sxemlərinin əsas fiquru hesab olunur. O, illərlə sanksiyalara məruz qalıb, indi isə rəsmi olaraq narkotik ticarəti, narkoterrorizmin maliyyələşdirilməsi və qanunsuz silah saxlama ittihamları ilə üz-üzədir.\Teleqraf\

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button