Maduro narkoterrorizm ittihamları ilə Nyu-Yorka aparılır-ABC

ABŞ tərəfindən xüsusi əməliyyat zamanı saxlanıldığı bildirilən Venesuela prezidenti Nikolas Maduro ittihamların irəli sürüldüyü Nyu-Yorka aparılır.
Teleqraf xəbər verir ki, bu barədə “ABC News” telekanalının jurnalisti Selina Uonq “X” sosial şəbəkəsində mənbələrə istinadən paylaşım edib.
Məlumata görə, Maduro 2020-ci ildən Nyu-Yorkda narkoterrorizm ittihamı ilə üzləşir və hazırda həmin şəhərə aparılır. Qeyd olunur ki, bundan əvvəl ABŞ-nin ədliyyə naziri və baş prokuroru Pem Bondi Venesuela prezidentinə və onun həyat yoldaşı Siliya Floresə qarşı Nyu-York ştatının Cənub dairə məhkəməsində bir sıra ittihamların irəli sürüldüyünü açıqlamışdı.
İttihamlar narkoterrorizm məqsədilə əlbir olmaq, kokainin ABŞ ərazisinə qanunsuz idxalı üçün sövdələşmə, odlu silah və dağıdıcı qurğulara sahiblik, eləcə də bu silah və qurğuların ABŞ-yə qarşı istifadəsi məqsədilə əlbir olma maddələrini əhatə edir.
Polise.az



