Maduro Venesuela konsulu ilə görüş tələb etdi

Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Nyu-Yorkda keçirilən ilk məhkəmə iclasında konsulluq ziyarəti hüququndan istifadə etmək istədiklərini açıqlayıblar.

Teleqraf CNN-ə istinadən xəbər verir ki, hakim cütlüyə Venesuela konsulu ilə danışmaq hüququ verib.

Dekabrın 5-də Nyu-York federal məhkəməsində Maduronun məhkəməsinin ilk iclası keçirilib. ABŞ-nin baş prokuroru Pam Bondi siyasətçini və həyat yoldaşını “narkoterrorizm”, silah saxlama və narkotik qaçaqmalçılığında ittiham edib. Növbəti məhkəmə prosesi martın 17-nə təyin edilib.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button