Maduronu devirən ABŞ-dən Rusiyaya xəbərdarlıq: Trampın kim olduğunu gördünüz, oyun oynamayın

ABŞ xüsusi təyinatlılarının Venesuelada hərbi əməliyyat çərçivəsində Prezident Nikolas Maduronu ölkədən çıxarmasından bir neçə gün sonra ABŞ Dövlət Departamenti “X” sosial şəbəkəsindəki rusdilli hesabında müraciət yayımlayıb.

Teleqraf xəbər verir ki, mesajda Rusiyaya ABŞ Prezidenti Donald Trampla oyun oynamamaq tövsiyə olunub.

“Prezident Trampla oyun oynamayın. Prezident Tramp sözünün üstündə duran insandır. Bunu bilmirdiniz? İndi bilirsiniz”, – paylaşımda qeyd edilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button