“Maduronun ələ keçirilməsini televiziya şousu kimi izlədim”-Tramp

ABŞ Prezidenti Donald Tramp Nikolas Maduro və həyat yoldaşının gecə saatlarında keçirilən əməliyyatla ələ keçirilməsini “sanki bir televiziya şousuna baxırmış kimi” izlədiyini deyib.

Milli.Az xəbər verir ki, “Əgər o sürəti, o şiddəti görsəydiniz… Bu, heyrətamiz bir şey idi”, – deyə Tramp əməliyyatın texniki icrasından heyranlığını ifadə edib.

O, əməliyyatı həyata keçirən hərbi və kəşfiyyat komandasını “inanılmaz bir iş” gördüklərinə görə yüksək qiymətləndirib.

Trampın bu sözləri əməliyyatın yüksək texnologiyalı kameralar və pilotsuz uçuş aparatları vasitəsilə Ağ Evə canlı yayımlandığına işarə edir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button