Mağaza anbarından 60.000 manat dəyərində elektrik məhsullarının oğurlayan şəxs saxlanıldı
Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə Z.Bünyadov prospektində yerləşən mağazalardan birinin anbarından 60.000 manat dəyərində elektrik məhsullarının oğurlanması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən mağazanın keçmiş işçisi Mahmud Qarayev saxlanılmışdır.
Faktla əlaqədar cinayət işi başlanmışdır.