Mağazada kassadan oğurluq etdi, şəxsi axtarış zamanı üzərindən heroin aşkarlandı

Səbail RPİ-nin 39-cu Polis Bölməsinə Z.Əliyeva küçəsindəki magazalardan birinin kassasından 2300 manat pulun oğurlanması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Məmmədzadə saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin də aşkar edilərək götürülmüşdür.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması, həmçinin Bakı şəhər sakinləri olan iki qadına qarşı dələduzluq edərək birinin 500, digərinin isə 980 manat pullarını alması da müəyyən edilmişdir.

Hamısını Göstər

Related Articles

Back to top button