Mağazadan 5000 manat pul və 500 manat dəyərində ərzaq məhsullarının oğurlayana şəxs saxlanıldı

Hacıqabul Rayon Polis Şöbəsinə Muğan qəsəbəsindəki mağazaların birindən 5000 manat pul və 500 manat dəyərində ərzaq məhsullarının oğurlanması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vasif Qəniyev və Gəncə şəhər sakini Hüseyn Nəcəfov müəyyən edilərək saxlanılmışlar. Şəxsi axtarış zamanı V.Qəniyevdən metamfetamin aşkar edilərək götürülmüşdür.
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların birlikdə aprelin 15-də saat 4 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsindən S.Zeynalova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaları, V.Qəniyevin isə Zabrat qəsəbəsi ərazisində marşrut avtobusunda qəsəbə sakini G.Ağayevanın cibindən 200 manat pul və mobil telefon, bir evdən 1000 manat dəyərində noutbuk və ərzaq məhsulları, digər evdən isə 510 manat dəyərində təmir-tikinti alətləri və elektrik naqili oğurlaması da müəyyən olunmuşdur.

Hamısını Göstər

Related Articles

Back to top button