Makron ATƏT-in məqsəd və prinsiplərinə zidd davranır
Sentyabrın 27-si günündən başlanan vətən müharibəsinin başladığı bir həftə ərzində qarşı tərəfin hucumlarımıza tab gətirmiyərək hərbi arsenalını, hətta döyüş- hərbi və dövlət bayrağını qoyub qaçır. Can şirin şeydir.
Statistik məlumata görə Ermənistan tərəfi bu 8 gün ərzində təxminən 2 milyard ABŞ dolları məbləğində hərbi təchizatını itirib.Müəyyən qismi istifadəyə tam yararlı olduğuna görə qənimət olaraq bizə qalıb və həmin silahlardan elə özlərinə qarşı da istifadə olunacaq. Məntiqə görə döyüşü davam etdirməyə maddi durumları tükənir. Qisas almaq üçün ordumuzla uz-uzə gəlməyə nə cəsarətləri,nə də gücləri yoxdur.Amma dinc əhalinin yaşadığı şəhər və rayonlarımız artilleriyadan atəşə tutulur. Canlı itkilərimiz var. Dağıntılar da az deyil.Ermənilər döyüşü uduzduqca dayılarını axtarırlar, 3-cü dövləti bu müharibəyə cəlb etmək istəyirlər. «Belə olacaqsa, ermənilərin təcavüzünə dəstək verəcək dövlətlər də elə ermənilərin ağlında imiş» – qənaəti həqiqətə çevrilir.
Ermənilər güclərinin tükəndiyinə,Azərbaycan ordusu ilə bacarmayacağına əmin olduqca avraopada havadarını axtarır.Daha çox Fransaya bel bağlayır.Fransa dövləti isə bu məsələdə ATƏT-in həmsədr olduğunu unudur və yaxud bunun fərqində olmur.Fransanın 62 yaşlı birinci xanımın həyat yoldaşı,prezident İmmanuel Makron Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı başladığı vətən savaşının dayandırılmasını təkid edir.Cahilliyin həddinə baxın!Əslində Makron bu “bəyanatı”ilə özünü ATƏT-in həmsədrliyindən kənarda qoyur,təcrid edir.
Sonra? Sonra isə Makron Fransanın Ermənistanın, erməni xalqının yanında olacağını vurğuladı. Bununla da cəbhədəki gərginliyin eskalasiyasını ermənilərin ziyanına gərginləşdirdi. Azərbaycan Respublikasının Ali Baş Komandanının «Bir də 30 il gözləyə bilmərik!» – ifadəsi xalqın iradəsinin tərkib hissəsi kimi səsləndi.Xalqın iradəsi isə yüksək hüquqi qüvvəyə malik bir Aktdır,Konstitusion gücə malikdir.
Bir QHT rəhbəri kimi münaqisənin BMT-nin TŞ-nın qəbul etdiyi və beynəlxalq qurumların hamılıqla tanıdığı 4 qətnamənin tələbinə müvafiq həll olunmadığına təəssüflənirəm. Vaxtında bu qətnamələr icraya yönəlsəydi vəziyyət bu qədər gərginləşməz və itkilər də olmazdı. (RF-nın politoloqun təbirincə desək bu sahədəki normalar UNİTAZA atılıb.) Daha çox təəssüf doğuran hal haqq müharibəsinin, vətən, namus uğrunda cihad canımızın və qanımızın bahasına başa gəlir. 30 il ərzində demək olar ki, hər gün şəhid verən Azərbaycan xalqı artıq «Yetər!» deyir. Sülh, atəşkəs işğalçıların işğal etdikləri ərazilərimizi boşaltdıqdan sonra mümkün ola bilər. 30 il ərzində erməni daşnakları ərazilərimizdə cəzasızlıq mühitindən şirniklənib qudurdular. Həyasızlığın dərəcəsinə baxın: Özlərini bizim torpaqda çox sərbəst hiss edir, arxayın dolanırdılar. Azərbaycan da BMT-yə, ATƏT-ə güvənirdi… Təəssüf, çox təəssüf! Yaman vaxt itirdik.
Gec də olsa burunlarından gətirəcəyik və gətiririk…
İndi məlum olur ki, Ermənistan niyə bu qədər arxayın hərəkət edirmiş. Beynəlxalq tədbirlərdə «Qarabağ Ermənistandır» deyə sərsəmləyirdi. Azərbaycan Prezidenti ilə xaricdəki teledebatların birində ingiliscə hecalaya-hecalaya “Qarabağ Azərbaycandır,”sonra e…e “Ermənistandır”-deyə kəkələyirdi. Dil çaşanda düzünü deyər. Qarabağ Azərbaycanın əzəli ərazisidir! NÖQTƏ.
Azərbaycan xalqını və vətən savaşımıza haqq qazandıran dövlətləri narahat edən bir məsələ də var. Təkrar qeyd etməyə məcburam.Fransa Prezidentinin qərəzli, beynəlxalq hüququn prinsiplərinə, BMT-nin nizamnaməsinə və ATƏT-in prinsip və məqsədinə zidd bəyanatı beynəlxalq dərəcədə həyasızlıq və ATƏT-in münaqişənin dinc yolla həll olunması missiyasına hörmətsizliyin təhlükəli həddi idi. Fransa ATƏT-in üzvü kimi üzərinə düşən vəzifənin məsuliyyət dərəcəsini anlamır və ya, anlasa da, Azərbaycan tərəfinə açıq-aşkar qeyri-humanist mövqe nümayiş etdirir.
ATƏT avropada təhlükəsizliyin təmin olunması kimi vacib prinsipdən çıxış edən və praktik fəaliyyətlə məşğul olan bir qurum olmaqla yanaşı, həm də hüquqi şəxs statusuna malikdir. O insan hüquqlarına və əsas azadlıqlarına əməl olunmasının təmini və uzunmüddətli sülh üçün şərait yaratmalı,dövlətlər arasında gərginliyin azaldılmasına nail olmalıdır. Bu təşkilatın qarşısına bir məqsəd də qoyulmuşdur ki, dövlətlər arasında beynəlxalq hüququn əsas prisiplərinə əməl olunmasını təmin etsin. Məsələn: İnsan hüquqlarına əməl olunmasını təmin etmək onun məqsəd və missiyasının qayəsini təşkil edir. Amma, dünya başqa bir mənzərənin şahidi olur. Fransa dövləti bu missiyada əks mövqe tutur. Bu prinsiplərə zidd davranan və onları hər gün qəsdən pozan, hamılıqla tanınan normalara müstəsna hörmətsizlik yaşadan Ermənistanın yanında durmaqla, hərəkət və hərəkətsizliklərin iştirakçısına çevrilir,qəsdən törədilən beynəlxalq cinayətdə qəsdən birgə iştirak edir.
ATƏT-in hərbi-siyasi məsələlərin həllinə yönələn fəaliyyəti, ilk növbədə regionda təhlükəsizliyin beynəlxalq-hüquqi əsasların möhkəmləndirilməsinə kömək etməlidir. Amma Fransa sanki, ATƏT-in funksiya və prinsiplərini bilmir və yaxud, onun məqsədinin nədən ibarət olmasını anlamır»!Doğrudanmı belədir(?)Makron de fakto və de yure diplomatik missiyanın niyyətindən kənara çıxır,EKSTSESS vəziyyətində durur.Bu da beynəlxalq cinayətdə iştirakçılığın tərkibini yarada bilər.
ATƏT-in təsis sənədlərindən ən mühümü 35 ölkənin dövlət və hökumət başçıları tərəfindən imzalanan Helsinki Yekun Aktının beynəlxalq aləmdə gərginliyin azaldılması sahəsində əməkdaşlığın qorunub saxlanılması ilə bağlıdır. 30 il il ərzində Azərbaycan bunu görmədi. Əksinə gərginlik artmaqda davam edib. Bu gün isə kuliminasiya nöqtəsinə çatıb.
Azərbaycan hər bir dövlətlə əməkdaşlığı və qonşuluğu ilk öncə hamılıqla tanınan beynəlxalq normalara habelə, xalqın iradəsini ifadə edən və yüksək hüquqi qüvvəyə malik konstitusion müddəalara uyğun qurur, davam etdirir. Vətən müharibəsi vətən – ana, həya və iffət uğrunda gedən müharibədir. Müharibəni,ərazilərin azad olunmasını gələcək nəslə miras kimi qoymaq Allah hüzurunda günah, şəhidlərin ruhunu narahat etməkdir. Qarşı tərəfin təcavüzünə susmaq, işğala dözmək və uzun zaman səbr etmək isə vətənə xəyanət və şəhidlərin tökülən al qanına sayğısızlıqdır.
Azərbaycan Silahlı qüvvələrinin Ali Baş Komandanı son bir ay ərzində beynəlxalq tribunadan videoformat çıxışlarında sonuncu dəfə həyacan təbili ilə narahatlığını ifadə etdi:
“… Ermənilər yeni təxribatlara başlayır. Sərhədlərimiz daxilində bizə qarşı döyüşə hazırlaşır, beynəlxalq aləmdə və regionda təhlükəsizliyin təmin olunmasına əngəl olacaq PKK, YPC və digər terror qruplarını toplayır və s. və i.a”. Amma əhəmiyyət verən olmadı… İndi bizi heç kim qınaya bilməz! Ermənistanla haqq-hesab çürütməyə yetərincə gücümüz çatar… Mane olmasınlar.
İnşəallah yaxın günlərdə tam qələbə ilə Azərbaycan xalqı, türk dünyası, bütün haqqsevərlər və bizə mənəvi dəstək verənlər müjdələnəcək!
Tanrı Silahlı qüvvələrin Baş Komandanına,ordumuza,bizə dəstək olanlara dayaq olsun.
Şəmsəddin Əliyev.