Makron İranda hakimiyyət dəyişikliyinə qarşı çıxdı: Səhvdir

“İranda hakimiyyəti kənardan zorla dəyişmək istəyi strateji səhvdir”.
Teleqraf xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Kənardan zərbə endirməklə ölkəni onun iradəsinə zidd olaraq xilas edə biləcəyinizə inanan hər kəs həmişə yanılıb”, – Fransa lideri bildirib.
Makronun sözlərinə görə, əvvəllər də belə zərbələr və ya hərbi əməliyyatlar vasitəsilə rejimləri dəyişməyə cəhd edənlərin hamısı strateji səhvlərə yol veriblər: “Bunu bizə təcrübə göstərir”.
Xatırladaq ki, İsrail Baş naziri Benyamin Netanyahu bundan əvvəl hava hücumlarının sonunda İranda rejimin dəyişə biləcəyini açıqlamışdı. İsrail lideir İran rejimini “zəif” adlandırmışdı.
Polise.az