Makron Parisin husilərə qarşı koalisiyaya niyə qoşulmadığını açıqlayıb

Paris “eskalasiyanın” qarşısını almaq üçün Husilərə qarşı zərbələrə “qoşulmamaq” qərarını verdi.

APA “Lemonde”yə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron yanvarın 16-da keçirdiyi mətbuat konfransında bildirib.

“Fransa Husilərə qarşı qabaqlayıcı zərbələr endirən koalisiyaya qoşulmamaq qərarına gəlib. Nə üçün? Məhz ona görə ki, hər hansı bir eskalasiyadan uzaq olmaq bizim yanaşmamızdır. Ancaq biz naviqasiya azadlığını qorumağa hazırıq. Biz Norveç gəmilərini vuracaq raketləri və dronları dayandırdıq. Beləliklə, biz öz texnikamızı və müttəfiqlərimizin avadanlıqlarını qorumaq üçün hərəkət edirik”, Makron deyib.

Xatırladaq ki, ABŞ və Britaniya Qırmızı dənizdə gəmilərə hücum etdiyi üçün Husilərə hava zərbələri endirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button