Makron Paşinyanın davranışlarından şübhələndiyini deyir

Makron Fransa ermənilərinin Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib, sonra isə erməni Baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. O, müharibə zamanı dəfələrlə onunla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta SMS yazdığını bildirib. 

Makron qeyd edib ki, Paşinyan tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə onunla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.

Makronu Paşinyanın nə noyabrın 9-da sənəd imzalanana qədər, nə də sonra onunla əlaqə saxlamaması və ona belə bir sənədi qəbul etdirdiklərini bildirməməsi və ya nəticələrini yumşaltmaq üçün imzalanmadan sonra nə etmək mümkün olduğunu soruşmaması da təəccübləndirib.

“Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?”, – deyə Makron bildirib.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button