Makron: Trampın yeni Ukrayna planı yaxşıdır, lakin təkmilləşdirilməyə ehtiyacı var

ABŞ-nin Ukrayna ilə bağlı yeni planı nizamlanma üçün yaxşı əsasdır, lakin daha da təkmilləşdirmə tələb edir.
Teleqraf “Reuters”ə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.
“ABŞ-nin Ukrayna ilə bağlı planı yaxşıdır, çünki sülh təklif edir” – deyə, MAkron qeyd edib.
Qeyd edək ki, Aİ ölkələri ABŞ Prezidenti Donald Trampın təklif etdiyi Ukrayna sülh planının ən azı dörd bəndini dəyişmək istəyirlər.
Söhbət Rusiyanın Krım, Donbas və digər ərazilər üzərində suverenliyinin tanınması, Ukrayna ordusunun ixtisarı, Rusiyanın təhlükəsizlik zəmanətləri və onun dondurulmuş aktivləri ilə bağlı təkliflərdən gedir.
Polise.az



