Makrondan Trampa “Hörmüz” yoxu: “Bu əməliyyat qeyri-realdır!”

Fransa prezidenti Emmanuel Makron Hörmüz boğazının hərbi güclə açılması ideyasını “qeyri-real” adlandıraraq, ABŞ və müttəfiqlərinin bu yöndəki planlarına sərt şəkildə qarşı çıxıb.

Polise.az Musavat.com-a istinadən  xəbər verir ki, bu gün – 2 aprel 2026-cı ildə Cənubi Koreyaya rəsmi səfəri zamanı jurnalistlərə açıqlama verən Makron, boğazın hərbi əməliyyat vasitəsilə “azad edilməsi”nin fəlakətlə nəticələnəcəyini bildirib. Fransa lideri vurğulayıb ki, belə bir əməliyyat sonsuza qədər davam edə bilər və bu, su yolundan keçən hər kəsi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) birbaşa hədəfinə çevirər.

Makronun sözlərinə görə, bölgədəki ballistik raket təhlükəsi və İranın sahil müdafiə imkanları hərbi ssenarini masadan kənarlaşdırır.

“Bu, heç vaxt bizim dəstəklədiyimiz variant olmayıb, çünki bu, reallıqdan uzaqdır. Belə bir addım həm gəmiçiliyi, həm də regional təhlükəsizliyi ballistik raketlərin və SEPAH-ın böyük riskləri altına qoyar”, – deyə o əlavə edib.

Prezident həmçinin ABŞ-ın bu məsələdəki mövqeyinin tez-tez dəyişməsindən narahatlığını ifadə edərək, Vaşinqtonun müttəfiqlərini təkbaşına qərar verdiyi əməliyyatlara sürükləməsini tənqid edib. Bu bəyanat Donald Trampın müttəfiqlərə ünvanladığı “neftinizi özünüz gedib götürün” ultimatumuna rəsmi Parisin ən kəskin cavabı kimi qiymətləndirilir.

Qeyd olunur ki, Makronun bu çıxışı Avropanın böyük güclərinin Yaxın Şərqdə yeni bir genişmiqyaslı müharibəyə cəlb olunmaq istəmədiyini bir daha təsdiqləyir.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button