Manaf Ağayev həbs edildi: Yoxlamalar başlandı
“Müğənni Manaf Ağayev və iş adamı Sənan Hüseynovun işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər etmələri ilə bağlı onların keçdiyi nəzarət postunda xidməti yoxlama aparılır”.
Bunu açıqlamasında DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.
O qeyd edib ki, xidməti yoxlamaların nəticəsinə uyğun qərar qəbul ediləcək.



