Marneulidə “İşğala son – Qarabağa azadlıq, sonra sülh” aksiyası

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda Azərbaycan ərazilərinin işğalına son verilməsi tələbi ilə “İşğala son – Qarabağa azadlıq, sonra sülh” adlı aksiya keçirilir.

Marneulinin mərkəzində, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin qarşısında keçirilən aksiyada Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinin işğalına son verməsi tələb edilib.

Əllərində Azərbaycan və Gürcüstan bayraqları tutan aksiyaçılar Gürcüstanın  bu mübarizədə Azərbaycanla həmrəy olduğu bildiriblər. Onlar sülhün yalnız işğala son verilməsindən sonra mümkün olacağını vurğulayıblar.

Aksiyada Ermənistan silahlı qüvvələrinin son illərdə törətdiyi təxribatlar nəticəsində həlak olmuş Azərbaycan hərbçilərinin və mülki şəxslərin şəkilləri nümayiş edilib, iştirakçılar həmçinin beynəlxalq aləmdən Xocalıya ədalət tələb ediblər.

Mənbə
apa.az
Hamısını Göstər

Related Articles

Back to top button