Mart ayının 18-də daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat

DİN-in Mətbuat xidmətindən polise.az-a verilən məlumata görə,

– Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 42 cinayətin üstü “isti izlər’lə açılmışdır.

– Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunmuşdur.

– Axtarışda olduğuna görə ümumilikdə 53 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

– Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

– Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılmışdır.

Hamısını Göstər

Related Articles

Back to top button