Masallıda külli miqdarda narkotik vasitə aşkarlandı

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçirilib.
Bu barədə Polise.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Tədbirlə saxlanılan əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 37 yaşlı Cəlal Nurullayevdən 5 kiloqram marixuana, heroin və tiryək aşkarlanıb
Faktla bağlı cinayət işi başlanılıb, C.Nurullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Polise.az



