Masallıda mülki geyimdə olan polis əməkdaşları karantin rejimi ilə bağlı yoxlama-nəzarət tədbirləri keçirib
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yoxlama-nəzarət tədbirləri davam etdirilir. Bu məqsədlə ictimai nəqliyyatda və qapalı məkanlarda keçirilən reydlərdə artıq mülki geyimdə olan polis əməkdaşları da iştirak edir. Tədbirlər zamanı istər ictimai nəqliyyatda, istərsə də yoluxma riskinin çox olduğu market və mağzalarda karantin rejim qaydalarından irəli gələn tələbləri pozan şəxslər barəsində qanunamüvafiq tədbilər görülür, tibbi maskadan istifadənin zəruriliyi ilə bağlı tövsiyyələt verilir.









