Maşın sürmək istədiyi üçün başqasının avtomobilini qaçıran şəxs saxlanılıb

İsmayıllıda avtomobil qaçıran şəxs saxlanılıb

İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edən vətəndaş ona məxsus “VAZ-2106” markalı avtomobilin naməlum şəxs  tərəfindən qaçırıldığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı  həmin nəqliyyat vasitəsi Qəbələ rayonu ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb. Davam etdirilən  tədbirlərlə avtomobili qaçıran şəxsin İsmayıllı rayonu Qalacıq kənd sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş  Əziz Şıxıyev olduğu müəyyən edilib və o, tutularaq istintaqa təhvil verilib. Saxlanılan şəxs ifadəsində avtomobil sürmək istədiyi üçün nəqliyyat vasitəsini qaçırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button