Mayın 9-da Putinin vasitəçiliyi ilə Əliyev-Paşinyan görüşü keçiriləcəkmi?..

Mayın 9-da Putinin vasitəçiliyi ilə Əliyev-Paşinyan görüşü keçiriləcəkmi?..
“Paşinyan Moskvada gecələməyə hazırlaşır və xarici siyasət məsələlərini pərdə arxasında həll etməyə çalışacaq…”
“Mayın 9-da MDB-yə üzv dövlətlərin rəhbərləri Moskvada İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş şənliklərdə iştirak edəcəklər, lakin Paşinyanın səfərinin təfərrüatları gizli saxlanılır”.
Moderator.az xəbər verir ki, bunu “Johovurd” qəzeti yazır
Hələ martın 14-də Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığından sonra Kreml bəyan edib ki, Ermənistan baş naziri Rusiya prezidentinin dəvətini qəbul etdiyini və mayın 9-da Moskvada keçirilməsi nəzərdə tutulan “böyük vətən müharibəsi”ndə Qələbənin 80-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcəyini təsdiqləyib.
“Bu münasibətlə “Johovurd” qəzeti ER baş nazirinin aparatına sorğu göndərib.
1. Nikol Paşinyan əvvəlki illərdə olduğu kimi, həmin gün gedib qayıdacaq, yoxsa Rusiyada gecələyib səhəri gün qayıdacaq?
2. Paşinyanın səfəri zamanı kimlərlə və hansı görüşlər planlaşdırılır?
3. Paşinyan-Putin, Putin-Əliyev, yoxsa üçtərəfli görüşlər planlaşdırılır və baş nazirin bu görüşlərdə iştirakının gündəmi nədir?
Baş nazir aparatından sorğuya cavab olaraq bildirilib ki, Ermənistan Respublikasının Baş nazirinin ofisi baş nazir Nikol Paşinyanın bütün səfərləri ilə bağlı vaxtında və lazımi məlumat verir.
Məsələ burasındadır ki, “Johovurd” qəzetinin məlumatına görə, Paşinyan Moskvada gecələməyə hazırlaşır və xarici siyasət məsələlərini pərdə arxasında həll etməyə çalışacaq. Xüsusilə, o, Moskva və Kremlin etimadını qaytarmağa çalışacaq”- erməni nəşri belə yazır.
S.Laçın
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button