MDB ölkələrinin XİN başçıları 2025-ci il üçün məsləhətləşmələr planını təsdiqləyiblər
MDB iştirakçısı olan ölkələrin xarici işlər nazirləri (XİN) 2025-ci il üçün Birlik çərçivəsində XİN-lər arasında çoxsəviyyəli məsləhətləşmələr Planını nəzərdən keçirərək təsdiq ediblər.
“Report” bu barədə Qırğızıstan XİN-ə istinadən xəbər verir.
Qeyd edilib ki, nazirlər Moskvada keçirilən iclasda bir sıra sənədləri təsdiqləyiblər. Bu sənədlər Dövlət Başçıları Şurasının qarşıdan gələn iclasında təsdiq üçün təqdim olunacaq.
Moskvada keçirilən MDB Xarici İşlər Nazirləri Şurasında nümayəndə heyətlərinin başçıları MDB formatında siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlığın vəziyyətini və perspektivlərini müzakirə ediblər. MDB-yə üzv dövlətlərin xarici siyasət idarələri, təhlükəsizlik və mədəni-humanitar sahələr üzrə məsələlərə baxdılar.
Polise.az