Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

Medianın İnkişafı Agentliyinin (MEDİA) və Audiovizual Şuranın kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə AZƏRTAC-a MEDİA-dan məlumat verilib.
Bildirilib ki, ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə qərənfillər düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.

Polise.az



