“MEĞRİ DƏMİR YOLU AZƏRBAYCANIN MÜLKİYYƏTİDİR” – Keçmiş nazir Rusiyanın iddialarına cavab verdi

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov rəsmi Moskvanın Meğri istiqamətində dəmir yolu ilə bağlı mövqeyinə münasibət bildirib. O xatırladıb ki, Rusiya tərəfi gözlənilmədən Meğri dəmir yolu sahəsini “Rusiya Dəmir Yollarının (RJD) mülkiyyəti” kimi təqdim etməyə başlayıb.

T.Zülfüqarov bu yanaşmanın hüquqi əsası olmadığını vurğulayaraq həm Ermənistan tərəfinə, həm də Rusiyaya xatırlatma edib: “Rəsmi Moskva birdən xatırladı ki, “Meğri sahəsi” dəmir yolu “RJD”nin mülkiyyətidir”… İstərdim ki, həm erməni tərəfinə, həm də Rusiya tərəfinə xatırladım: bu dəmir yolu Az.SSR-in və onun hüquqi varisi olan Azərbaycan Respublikasının mülkiyyətidir”.

Tofiq Zülfüqarov

Keçmiş nazir bildirib ki, Azərbaycanın bu mülkiyyət üzərində hüquqları beynəlxalq sənədlərlə təmin olunub:

Bizim mülkiyyət hüquqlarımız Alma-Ata Bəyannaməsinə əlavə edilmiş sənədlərlə zəmanət altına alınıb”. 

Tofiq Zülfüqarov vurğulayıb ki, qeyri-qanuni şəkildə zəbt edilmiş əmlak sonradan başqa bir dövlət tərəfindən özəlləşdirilə bilməz: “Qanunsuz olaraq ələ keçirilmiş mülkiyyət Rusiya Federasiyası tərəfindən özəlləşdirilə bilməz”.

“AzPolitika.info”

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button