Mehdiyevin kürəkəni: Onları tapıb cəzalandıracam

Saytlardan biri fotomu paylaşaraq, “Kefim kökdü, kefimi pozmuram” yazıb. O sayt iki gün ərzində mənim dediyim həmin sözlərin səs yazısını mediada yayımlamasa, onları tapıb cəzalandıracam.

Bunu bu gün azadlığa çıxan sabiq deputat, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev mətbuata açıqlamasında deyib.

” Deyilməyən sözə görə, insanı cəmiyyət qarşısında alçaltmaq, nüfuzdan salmaq şərəfsizlikdir. Şərəfsizlik isə cəzalandırılmalıdır”, – İ.Əliyev bildirib.

Xatırladaq ki, İ.Əliyev və R.Mustafayev İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə təqsirləndirilib və 15 sutka inzibati həbs edilmişdi.

Eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy mərasimi təşkil etmişdi.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button