Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında ümummilli lider Heydər Əliyevin vəfatının 17-cü ildönümü ilə əlaqədar paylaşım edib.

Mehriban Əliyeva yazıb:

“Bu gün – 12 dekabr müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram”.

Hamısını Göstər

Related Articles

Back to top button