Melkonyan:Bakıya gedəcəyik, Qənimətlər Parkına…

Pantürkist ideyaların həyata keçirilməsinə qarşı Ermənistan üçün nə AB-nin monitorinq missiyası, nə Fransa və Hindistandan silah alınması, nə də “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) layihəsinin təşviqi təhlükəsizliyin təminatçısı ola bilər.

Axar.az xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.

“Ola bilsin ki, Ermənistanda kimlərinsə illüziyaları var, amma Hindistanın MLRS və ya digər artilleriya sistemləri, Fransanın “Bastion” tədarükü onların təhlükəsizlik zəmanəti verdiyi anlamına gəlmir. Sadəcə biz dedik ki: “Gəl bu texnikaları alaq, sizə pul verərik”. Təbii ki, indi kim silah satıb pul qazanmağın əleyhinədir?! Söhbət təhlükəsizlik zəmanətlərindən getmir. Pantürkist, panturanist ideyaların həyata keçirilməsinə qarşı müdafiə baxımından heç kim kömək etməyəcək. Fransız həmkarlarıma ən azı bu məsələdə mümkün qədər dürüst olduqları üçün həqiqətən hörmət edirəm. Onlar birbaşa, açıq şəkildə dedilər: “Biz sizin digər müttəfiqinizlə münasibətlərdə verilən real təhlükəsizlik zəmanətlərini verə bilmərik”, – o bildirib.

Melkonyan qeyd edib ki, üstəlik, AB də təhlükəsizlik zəmanəti verə bilməyəcəyini bəyan edib:

“AB-nin 27 üzvü var və onlar bir anda razılaşıb və Azərbaycanı cəzalandıra bilməyəcək. Qərbin passivliyinin səbəbi siyasi iradənin və Azərbaycana qarşı təzyiq alətlərindən istifadə etmək imkanlarının olmamasıdır. Yəni, iqtisadi və digər alətlərdən istifadə etmək üçün siyasi iradə olmasa, heç kim heç bir təhlükəsizlik zəmanətindən danışmaz və Qərb Ermənistanda bunu açıq şəkildə bəyan edir”.

“Sülh qovşağı”na gəlincə, o bildirib ki, bu layihə milli kimliyi kommersiya maraqları ilə əvəz etmək məqsədi daşıyır:

“Sülh qovşağı” sərhədlərin və yolların açılması, qarşılıqlı ticarətdir – Türkiyə və Azərbaycanın xəyal etdiyi hər şey budur. Bu haqda danışan hər kəs sadəcə olaraq onların arzusunu gerçəkləşdirir. Düzdü, heç bir problem olmayacaq, irəli-geri hərəkət edəcəyik. Biz qatara minib Bakıya çatacağıq, həm də pul ödəyərək Qənimətlər Parkını ziyarət edəcəyik. Türkiyə və Azərbaycan üçün əla ideyadır”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button