Melkonyandan həyasızlıq: Türkiyə ilə sərhədi açsaq…

Ermənistanda yüksək səviyyəli peşəkar diplomatların olmasına baxmayaraq, erməni diplomatiyası indi ən çətin dövrünü yaşayır.

Bu sözləri İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, türkoloq Ruben Melkonyan “Novosti NK”-ya bildirib.

“Hələ diplomatiyanı kənara qoyaq. Ermənistan hakimiyyətində təsadüfi peyda olan insanların düşünülməmiş hərəkətləri nəticəsində bizim praktik olaraq bütün dövlət institutlarımız davamlı şəkildə zəifləyir. Və belə bir hakimiyyətdən xüsusilə müharibədəki məğlubiyyətindən sonra xarici siyasətlə bağlı qəliz problemlərin effektiv həllini gözləməyə dəyməz”, – Melkonyan qeyd edib.

Həmin problemlər arasında o, saxta “erməni soyqırımı” məsələsinin beynəlxalq səviyyədə tanınması prosesinin təşviq edilməsini xüsusi vurğulayıb. Melkonyanın fikrincə, İrəvanın xarici siyasətinin passivliyi nəticəsində artıq tərəfdaş ölkələrlə lazımi təsirli əlaqələri yoxdur. Bu xüsusda Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyanın Türkiyə ilə qarşıdurmada erməni maraqlarını müdafiə etmək bacarığına erməni türkoloq ciddi şübhə etdiyini söyləyib.

Ayvazyanın bu yaxınlarda Ankaranın Ermənistanla sərhədləri bağlamaq üçün heç bir səbəbinin qalmadığı barədə verdiyi məlum açıqlamaya münasibət bildirən Melkonyan hesab edir ki, Türkiyə Ermənistanla diplomatik əlaqələr qurmağı yalnızca Qarabağ məsələsi ilə əlaqələndirmir.

“Türklər bizdən “soyqırım”ın beynəlxalq səviyyədə tanınması ideyasından imtina etməyimzi və Türkiyənin ərazi bütövlüyünü tanımağımızı da tələb edirlər”, – deyə o, rəsmi Ankaranın tamamilə haqlı və normal tələblərinə tipik erməni həyasızlığı ilə reaksiya verib. Sanki hərbi məğlubiyyətdən sonra tam iflasa doğru gedən və sərhədlərin açılmasına hamıdan çox ehtiyac duyan “üzdəniraq” ölkə Ermənistan deyilmiş.

Beləcə, bu xəstə təfəkkürlü, üzdəniraq türkoloqun qənaətincə, “Türkiyə Ermənistanın dövlət institutlarının zəifləməsindən, hər şeydən öncə hərbi məğlubiyyətdən istifadə etməyə və fürsətkən həm də Ermənistanla erməni diasporunun münasibətlərini pozmağa, “soyqırım”ın beynəlxalq səviyyədə tanınması prosesinin üstündən çarpaz xətt çəkməyə çalışır”. Halbuki erməni xalqının bəlalarının kökündə müstəsna olaraq, elə Türkiyə və Azərbaycanla əlaqələrin qurulmasına daima əngəl olan diaspor dayanır.

Hamısını Göstər

Related Articles

Back to top button