Meloni Hörmüz boğazı ilə bağlı İrana xəbərdarlıq etdi

İtaliya Baş naziri Corciya Meloni Yaxın Şərqdə atəşkəsin pozulmasını qətiyyətlə pislədiyini bildirib.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, İtaliya lideri Hörmüz boğazı məsələsinə də diqqət çəkib.
“Hörmüz boğazında naviqasiya azadlığının bərpası İtaliya və Avropa İttifaqı üçün həyati əhəmiyyət kəsb edən maraqdır”, – Meloni deyib.
İtaliyan Baş naziri qeyd edib ki, 30-dan çox ölkə Hörmüz boğazını açmaq üçün çalışır:
“Artıq Böyük Britaniyanın dəstəyi ilə yaradılmış və 30-dan çox ölkədən ibarət ölkələr koalisiyası ilə bu məsələnin üzərində işləyirik, bu, Hörmüz boğazında naviqasiya azadlığının tam bərpasına imkan verəcək təhlükəsizliyi təmin edə bilər. İnanırıq ki, bu töhfə danışıqların bu mərhələsində vacibdir”.
Corciya Meloni vurğulayıb ki, İran boğazdan tranzitə əlavə rüsumlar tətbiq etmək hüququ qazanarsa, bu, iqtisadi nəticələrə və ticarət axınlarının yönləndirilməsinə səbəb ola bilər: “Buna görə də, İtaliya və tərəfdaşları üçün prioritet enerji, vacib xammal, gübrə və iqtisadiyyatımız üçün vacib olan digər mallar bazarlarında gərgin vəziyyəti normallaşdırmaq üçün 28 fevraldan əvvəl sahib olduğu səviyyədə naviqasiya azadlığını tam bərpa etməkdir”.
İtaliya Baş naziri həmçinin əlavə edib:
“Geridönüş nöqtəsinə bir addım da yaxınlaşmışıq, amma indi qətiyyətlə davam etdirilməli olan (ABŞ və İran arasında) kövrək atəşkəs perspektivi ilə üz-üzəyik”.
Polise.az



