Meloni: Rusiya ilə əməkdaşlığa başlamağın vaxtı çatıb

“Avropa İttifaqının Rusiya ilə əməkdaşlıq yollarını tapmasının vaxtı çatıb”.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni deyib.
“Mən Avropanın Moskva ilə qarşılıqlı fəaliyyət yolları barədə birgə və praqmatik müzakirələrə başlamasının zəruriliyi məsələsini qaldırmağa davam edirəm. Hüquqi sərhədlərin qorunması məqsədlərimizə çatmaq üçün lazım olan kommunikasiya kanallarını açıq saxlamağımıza mane olmur. Avropa İttifaqı bu dialoqa rəhbərlik etməyə hazır olmalıdır, amma kiminsə ardınca kor-koranə getmək də yanlışdır”, – Meloni bildirib.
Polise.az



