Meloni Türkiyəyə təşəkkür etdi: Sülh üçün fürsət yaratdılar

İtaliya Baş naziri Corciya Meloni ABŞ Prezidenti Donald Trampa Qəzza sektorundakı münaqişənin dayandırılması üçün göstərdiyi yorulmaz səylərinə görə təşəkkür edib.
Teleqraf xəbər verir ki, o, Türkiyə, Misir və Qətər kimi vasitəçilərin dəstəyi ilə uğurlu nəticənin əldə olunduğunu bildirib.
“Misirdə əldə olunmuş Prezident Trampın sülh planının birinci mərhələsinin icrasına dair razılaşma Qəzza sektorunda atəşkəsin əldə olunması, bütün girovların azad edilməsi və İsrail qoşunlarının razılaşdırılmış xətlər üzrə çıxarılmasına yol açan çox mühüm xəbərlidir. Prezident Trampa Qəzza sektorundakı münaqişənin dayandırılması üçün yorulmaz səylərinə görə, eləcə də uğurlu nəticəyə nail olmaqda həlledici rol oynamış vasitəçilər Türkiyə, Misir və Qətərə təşəkkür etmək istəyirəm”, – İtaliya Baş naziri qeyd edib.
Meloni əmindir ki, bu razılaşma münaqişəyə son qoymaq üçün unikal imkan yaradır:
“Bu fürsətdən mütləq istifadə etmək lazımdır. Buna görə də bütün tərəfləri artıq razılaşdırılmış tədbirlərə tam əməl etməyə və sülh planında nəzərdə tutulan növbəti addımların tezliklə həyata keçirilməsinə çağırıram”.
Polise.az



