Merts:”Ukraynanın yanındayıq, geri dönüş yoxdur”

Almaniya kansleri Fridrix Merts Ukraynaya dəstəyin dəyişməz olduğunu açıqlayıb.
Polise.az Musavat.com-a istinadən xəbər verir ki, o, Rusiyanı mülki əhaliyə qarşı sistemli müharibə aparmaqda ittiham edib.
Kanslerin sözlərinə görə, Berlin heç vaxt “cinayətkar Rusiya rejiminin” yaşlılar, qadınlar və uşaqlar daxil olmaqla mülki əhaliyə qarşı hərbi əməliyyatlarını qəbul etməyəcək.
Merts çıxışında əlavə edib ki, bu müharibə Ukrayna xalqına qarşı “demək olar dözülməz nasist təbliğatı” ilə müşayiət olunur və ukraynalılar tarix boyu həm Almaniya, həm də Rusiya tiraniyasından əziyyət çəkiblər.
Polise.az



