Merz: İsrail İordan çayının qərb sahilinin ilhaqından əl çəkməlidir

Almaniya kansleri Fridrix Merz İsraili İordan çayının qərb sahilinin ilhaqı istiqamətində istənilən addımlardan, o cümlədən burada qəsəbələrin tikintisindən əl çəkməyə çağırıb.
Polise.az xəbər verir ki, bu barədə Almaniya administrasiya məlumat yayıb.
Merz İordaniyaya səfəri zamanı deyib: “Biz Fələstin dövlətçiliyinə gedən yolu açıq saxlamalıyıq. Ona görə də İordan çayının qərb sahilində heç bir ilhaq addımı ola bilməz – nə formal, nə də siyasi, struktur, faktiki və ya regionun ilhaqına bərabər olan digər tədbirlər”.
Kansler Yaxın Şərq probleminin iki dövlətin – İsrail və Fələstin dövlətlərinin yaradılması yolu ilə həllinə sadiqliyini bir daha təsdiqləyib.
Polise.az



