Miçotakis: Türkiyə ilə Yunanıstan arasında sabitlik qorunmalıdır
Türkiyə ilə Yunanıstan arasında sabitlik qorunmalıdır.
Polise.az “Haber Global”a istinadən xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa İttifaqının (Aİ) qeyri-rəsmi zirvə toplantısından sonra keçirdiyi mətbuat konfransında Yunanıstanın Baş naziri Kiryakos Miçotakis deyib.
O bildirib ki, bu, hər iki ölkə xalqının faydasınadır: “Hədəfimiz iki ölkə arasında münasibətlərin normallaşmasına nail olmaqdır”.
Baş nazir iki ölkənin xarici işlər nazirlərinin Afinada baş tutan görüşünün müsbət atmosferdə keçdiyini, ancaq əsas məsələlərdə hələ də uzlaşmanın əldə olunmadığını diqqətə çatdırıb.
Polise.az