Milli Məclisdə ictimai dinləmə keçiriləcək

Milli Məclisdə uşaq hüquqlarının müdafiəsi və gender bərabərliyi mövzularına həsr edilən dinləmələr keçiriləcək.
Polise.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planına daxil edilib.
Qeyd edilib ki, dinləmələrin məqsədi sözügedən istiqamətlərdə mövcud vəziyyətin qiymətləndirilməsidir.
Polise.az



