Milli Məclisin kollektivi Fəxri xiyabanı ziyarət etdi – FOTO

 

Mayın 10-da Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparat rəhbərinin müavinləri, Parlamentin İşlər müdiri Firudin Hacıyev, Aparatın və İşlər idarəsinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər.

Bu barəda Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin kollektivi və deputatlar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər, Ümummilli Liderə dərin ehtiramlarını ifadə ediblər.

 

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button