Milli Qəhrəman Natiq Qasımovun xatirəsi yad edilib

Yanvarın 2-də 1-ci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum günü münasibətilə N saylı hərbi hissədə anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, mərasim Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində çıxış edənlər Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edərək, Natiq Qasımovun keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və igidliklərdən danışıblar. Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atan qəhrəmanımızın vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu diqqətə çatdırılıb.

Tədbirin sonunda Azərbaycanın Milli Qəhrəmanı N.Qasımovun keçdiyi döyüş yolundan və şücaətindən bəhs edən film nümayiş etdirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə Natiq Qasımov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button