Milli Qəhrəmanların ailələri Aktauda qəza yerində – FOTOLAR

Aktauda Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin yaxınları Qazaxıstana gediblər.

Milli Qəhrəmanlar Hökümə Əliyeva, İqor Kşnyakin və Aleksandr Kalyaninovun yaxınları, o cümlədən hadisədə həlak olan bir neçə sərnişinin ailə üzvləri Aktauda qəza olan yerə gediblər

Xatırladaq ki, ötən ilin 25 dekabrında AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğramışdı. Təyyarədə 62 nəfər sərnişin və 5 ekipaj üzvü var idi. Onların 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı idi. Faciə nəticəsində 38 nəfər həlak olmuş, üçü uşaq olmaqla 29 nəfər sağ qalmışdı.

Hadisəyə səbəb Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən buraxılan raket olduğu bildirilib. Məsələ bir neçə ay əvvəl Düşənbədə İlham Əliyevlə Putin arasında keçirilən görüşdə də müzakirə olunub.

Vladimir Putin həmin görüşdə bildirib ki, qəzanın səbəblərinə və bu işdə məsuliyyət daşıyan şəxslərin fəaliyyətinə hüquqi qiymət veriləcək. Onun sözlərinə görə, Rusiya həm araşdırma prosesində, həm də kompensasiya məsələlərində üzərinə düşən hər şeyi edəcək: “Bu hadisəyə qəti nöqtə qoymaq üçün zamana ehtiyac var”. (modern.az)

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button