Mingəçevirdə baş verən qətlin təfərrüatları məlum oldu

Dünən Mingəçevirdə iki şagird arasında baş verən və ölümlə nəticələnən hadisəilə bağlı yeni təfərrüatlar məlum olub.

Teleqraf-ın Mərkəzi Aran bürosunun məlumatına görə, bıçaqlanaraq qətlə yetirilən 2008-ci il təvəllüdlü Elman Etibar oğlu Sarıyev əvvəllər şəhərin 1 saylı orta məktəbində təhsil alıb.

O, yalnız 10-cu sinifdən etibarən 17 saylı orta məktəbə köçürülərək təhsilini həmin məktəbdə davam etdirib. Elman ailədə iki qardaşdan biri olub.

Hadisəni törətməkdə şübhəli bilinən Cavidan Əliyev isə 6 saylı orta məktəbin 9-cu sinif şagirdidir. Onun anasının həmin məktəbdə ingilis dili müəllimi olduğu bildirilir.

Hadisənin başvermə səbəbi ilə bağlı müxtəlif versiyalar səsləndirilir. İlkin məlumatlara görə, hadisədən bir qədər əvvəl tərəflərin çayxanada bir yerdə olduqları deyilir. Həmin yerdə hansı zəmində mübahisə yarandığı və bunun ölümlə nəticələnməsinə nə səbəb olduğu hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button