Mingəçevirdə ictimai nəqliyyatda və qapalı məkanlarda polis əməkdaşları tərəfindən yoxlamalar aparılır

Koronavirusa yoluxma hallarının  və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə Mingəçevirdə polis əməkdaşları nəzarət-profilaktik tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, ictimai nəqliyyatda və qapalı məkanlarda keçirilən yoxlamalar zamanı  xüsusi formada olanlarla yanaşı mülki geyimli polislər də iştirak edir. Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində, böyük mağazalarda, eləcə də digər qapalı məkanlarda karantin rejimindən irəli gələn tələblərə riayət etməyənlər aşkarlanır. Özləri ilə bərabər digər hərəkət iştirakçılarının da sağlamlığına məsuliyyətsiz yanaşan həmin şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür. İnfeksiyanın  kütləvi yayılmasının qarşısının alınması üçün  qaydalara qeyd-şərtsiz əməl etməyin vacibliyi ilə bağlı tövsiyələr verilir.

Hamısını Göstər

Related Articles

Back to top button