Mingəçevirdə yas mərasimi keçirilməsinin qarşısı alınıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı çoxmənzilli yaşayış binasının həyətində yas mərasimi təşkil edildiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gəlib və mərasimin keçirilməsinin qarşısını  alıblar. Ev sahibi ilə profilaktik söhbət aparılıb və mövcud qaydalara riayət etməyin vacibliyi bildirilib. Mərasimin təşkilatçısı barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button