Mingəçevirdə yol polisi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatda reyd keçirib

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının qarşısının alınması, karantin rejimi qaydalarına riayət olunması məqsədilə gündəlik olaraq şəhər ərazisində nəzarət profilaktik-maarifləndirmə tədbirlərini davam etdirirlər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxsləri, həmçinin karantin rejiminin tələblərini pozaraq, müəyyən edilmiş normadan artıq sərnişin götürən sürücüləri aşkarlamaq məqsədilə reyd keçiriblər. Reyd zamanı bəzi sərnişinlərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi aşkar olunub. Polis əməkdaşları tərəfindan karantin rejiminin tələbləri onların diqqətinə çatdırılıb və həmin sərnişinlərə tibbi maska paylanılıb. Normadan artıq sərnişin götürən sürücülərə isə ciddi xəbərdarlıq olunub və qaydalara riayət etmələrinin vacibliyi vurğulanıb.

Hamısını Göstər

Related Articles

Back to top button