MİNSK qrupu dağılıb, İrəvan təşvişə düşüb…. – Ermənistan Bakının təkliflərini niyə qəbul etmək istəmir?

Elxan Şahinoğlu: “Kreml də İrəvanın Bakının 5 şərtini qəbulunun əleyhinədir…”

Ermənistan rəhbərliyi Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı təklif etdiyi baza prinsipərini qəbul etmək istəmir. Hansı ki, Bakınən təqdim etdiyi sənədin ilk bəndi beynəlxalq hüquqa uyğun olaraq, dövlətlərin ərazi bütövlüyünün, sərhəd toxunulmazlığının və suverenliyinin qarşılıqlı olaraq tanınmasından ibarətdir.

Sənəddə yer alan ikinci mühüm məsələ qarşılıqlı olaraq ərazi iddialarından imtina və gələcəkdə belə bir iddianın olmayacağı barədə hüquqi öhdəliyin götürülməsini ehtiva edir.

Qeyd edək ki, Azərbaycanın irəli sürdüyü digər baza şərtləri Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq siyasətinə adekvat deyil. Rəsmi Bakı əsas priortitet kimi münaqişənin beynəlxalq hüquq çərçivəsində birdəfəlik həlli üçün qarşıqlılı öhdəliklər müqaviləsinin imzalanmasını istəyir. Əsas məqsəd ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunması, regionda davamlı sülh, iqtisadi əməkdaşlıq üçün əlverlişli mühitin formalaşdırılmasıdır.

Azərbaycan qalib dövlət kimi öz hərbi, siyasi üstünlüyündən istifadə edib Ermənistan qarşısında daha ağır şərtlər qoya bilər və bunun üçün əlində ciddi əsaslar var.

Ancaq rəsmi Bakı hələlik buna getmir, sülh danışıqlarına başlamaq üçün Ermənistana kifayət qədər konstruktiv təkliflər təqdim edir. Hansı ki, bu təkliflər erməni tərəfinin müharibədə kapitulyasiyasından irəli gələn situasiya ilə müqayisədə xeyli yumşaqdır. Həmin təkliflərdə qeyri-adi, yaxud ağır şərtlər yer almır və onlar bütünlüklə beynəlxalq hüquq normalarının baza prinsiplərinə əsaslanıb.

Məsələn, tələb edə bilərdi ki, Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi, 30 il davam etdirdiyi hərbi təcavüzə görə siyasi məsuliyyəti üzərinə götürsün, bu təcavüzkar müharibənin dağıdıcı nəticələrinə görə beynəlxalq qaydalar əsasında təzminat ödəmək öhdəliyini qəbul etsin.

Yaxud daha bir şərt bundan ibarət ola bilərdi ki, Ermənistan Azərbaycana qarşı törədilmiş hərbi cinayətlərə və insanlıq əleyhinə cinayətlərə görə məsuliyyət daşıyanların cəzalandırılmasına dair öhdəlik götürməlidir.

Ermənistan rəhbərliyi Azərbaycanın yumşaq mövqeyini şans kimi dəyərləndirmək əvəzinə ortalığa qeyri-rel təkliflər atır, ABŞ və Avropanın dəstəyini alaraq Bakıya təzyiq yaratmağa çalışır.

Məsələn, xarici işlər naziri Ararat Mirzoyan deyir ki, İrəvan sülh danışıqlarının Minsk qrupu çərçivəsində aparılmasını istəyir. Söhbət hansı qrupdan gedir? İndi o format mövcuddurmu?

Minsk qrupunun iki üzvü ABŞ və Fransa üçüncü üzv Rusiyaya Ukraynaya qarşı təcavüzünə görə, ağır sanksiyalar tətbiq edib. Bu ölkələr arasında artıq diplomatik münasibətlər də kəsilib. ABŞ Senatı yekdilliklə Rusiya prezidenti V.Putinin hərbi cani elan edən qətnamə qəbul edib. Bütün senatorlar yekdilliklə Haaqa Beynəlxalq Məhkəməsinə müraciət edərək onun insanlıq əleyhinə törətdiyi cinayətlərini araşdırmağa çağırıblar.

Beləliklə, artıq Minsk qrupu mövcud deyil. Odur ki, Ermənistanın təklifinin reallıqla heç bir əlaqəsi yoxdur.

Qəribə də olsa Bakının sülh təkliflərini qəbul etmək istəməyən Paşinyan ABŞ və Fransa rəhbərliyi ilə əlaqə saxlayaraq, onları Azərbaycanı hərbi güc tətbiq edəcəyinə inandırmağa çalışır. ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında müzakirə olunan məsələlərdən biri də bu barədə olub.

Dövlət Departamentindən verilən açıqlamada bildirilir: “Ermənistanla Azərbaycan qüvvələri arasında gərginliyin artması ilə bağlı son xəbərləri qeyd edən Dövlət katibi tərəfləri təmkinli olmağa və bütün qalan məsələlərin hərtərəfli həll yollarını tapmaq üçün diplomatik səyləri intensivləşdirməyə çağırıb…”

Bu açıqlamada bir neçə mühüm məqam yer alır. 

Əvvəla, ABŞ-ın mövqeyi ondan ibarətdir ki, bölgədə yenidən hərbi toqquşmaların vüsət almasını istəmir. Azərbaycan da Ermənistana 5 maddəlik sülh şərtləri göndərməklə bu mövqedə olduğunu təsdiqləyib.

İkincisi, Blinken qeyd edir ki, tərəflər diplomatik səyləri intensivləşdirməklə həll yolları tapmalıdırlar. Bu tezis də Azərbaycanın mövqeyi ilə səsləşir. Rəsmi Bakının təklifləri elə diplomatik müstəvidə davamlı sülhün əldə olunmasına yönəlib.

Dövlət katibinin Ermənistandan fərqli olaraq Minsk qrupunun adını çəkməməsi xüusi diqqətə layiqdir. Belə görünür ki, Ermənistan rəhbərliyindən fərqli olaraq ABŞ da bu formatın artıq yarasız olduğu qənaətindədir. Bunun əvəzində ikitərəfli diplomatik intensivliyin təmin olunmasını zəruri sayıb.

Politoloq Elxan Şahinoğlu “AzPolitika.info”ya şərhində bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin normallaşdırılması üçün rəsmi İrəvana təqdim olunan təkliflərini vacib sayır.

Onun sözlərinə görə, hər bir iki qonşu dövlət bir-birlərinin ərazi bütövlüklərini tanımalı, sərhədlərini müəyyənləşdirməli və kommunikasiya xətlərini açmalıdırlar: “Azərbaycanın 5 təklifi Ermənistanın da maraqlarına cavab verir. Buna baxmayaraq, Ermənistan hakimiyyəti rəsmi Bakının 5 təklifini qəbul etməyəcək. Çünki bu halda Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyacaq. Ermənistan hakimiyyəti buna hazır deyil, müxalifətin etirazından qorxur. Digər tərəfdən, Kreml də İrəvanın Bakının 5 şərtini qəbulunun əleyhinədir. Kreml Ermənistanla Azərbaycan arasında münasibətlərinin tam normallaşmasını istəmir”.

Politoloq əlavə edir ki, rəsmi İrəvanın Minsk qrupu həmsədrlərini Azərbaycanla Ermənistan arasında sülh sazşi danışıqlarında iştiraka dəvət etməsi təklifini Bakı qəbul etməyəcək: “Azərbaycan İrəvanla birbaşa danışıqlar təklif edib. Digər tərəfdən, Minsk qrupunun Azərbaycanla Ermənistan arasında danışıqlar aparmağa mandatı yoxdur. Minsk qrupu Qarabağ probleminin həlli ilə məşğul olmalı idi. İndi Minsk qrupu dağılıb. ABŞ və Fransa Rusiya ilə eyni platformada olmaq istəmir. Bu səbəbdən bu 3 dövlətin birgə Ermənistanla Azərbaycan arasında sülh danışıqları aparması mümkün deyil”.

Hamısını Göstər

Related Articles

Back to top button