Mirzoyan dediklərini inkar etdi

Ermənistan hökuməti ilk dəfə açıq şəkildə “erməni soyqırımı”nı inkar elədi.

Teleqraf.com xəbər verir ki, bu barədə “Past” yazır.

Erməni nəşri İrəvanın qondarma soyqırımının beynəlxalq səviyyədə təbliğatını dayandırmasına diqqət çəkib:

“Xarici işlər naziri Ararat Mirzoyan bəyan elədi ki, erməni soyqırımının (qondarma) beynəlxalq səviyyədə tanınması artıq Ermənistan hakimiyyətinin bir nömrəli prioriteti deyil. Onun sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyinin bir nömrəli prioriteti Ermənistan ətrafında sülh və sabitliyin təmin edilməsidir. Bəllidir ki, Mirzoyanın açıqlaması birbaşa Türkiyənin tələbi ilə bağlıdır. Türkiyə 90-cı illərdən bu məsələni Ermənistan qarşısında qaldırır, bütün keçmiş prezidentlər həmişə bunu rədd ediblər. Hesab edilirdi ki, bu gündəmlə hərəkət etsək, bu, birbaşa Ermənistanın inkarı olacaq.

Ararat Mirzoyan bir hökumət nümayəndəsi kimi ilk dəfədir belə bir bəyanat verdi. Bu açıqlamanın 3+3 formatının Türkiyədə keçirilən toplantısından sonra gəlməsi də diqqət çəkir. Görünən budur ki, Ankarada onunla konkret iş aparılıb”.

Nəşrin iddiasına görə, Mirzoyan bu bəyanatı Türkiyədə keçirilən görüşlərdə əldə edilən anlaşmalar əsasında verib.

“Şübhəsiz ki, Mirzoyan bu barədə Baş nazir Nikol Paşinyanla danışıb, Türkiyənin tələbi ilə bağlı onu məlumatlandırıb. Mirzoyan da bundan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü tələbləri sözbəsöz təkrarladı”.

Regional platformanın Türkiyədəki toplantısı oktyabrın 18-də keçirilib. Toplantıda Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və İran xarici işlər nazirləri iştirak ediblər. Tədbir çərçivəsində Mirzoyan türk həmkarı Hakan Fidanla görüşüb.

Toplantı iştirakçıları Prezident Ərdoğan tərəfindən qəbul edilib.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button