Mişel Zelenski ilə Ukraynadakı son hadisələri müzakirə edib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiyanın Ukraynanın enerji sektorun hücumlarını müzakirə edib.

Polise.az  xəbər verir ki, bu barədə Aİ lideri sosial şəbəkədə bildirib.

“Prezident Zelenski ilə Ukraynadakı son hadisələri müzakirə etdik. Biz Rusiyanın kritik infrastruktura, xüsusən də enerji sektoruna hücumlarını qətiyyətlə pisləyirik. Təcili olaraq hava hücumundan müdafiəni təmin etməli və bütün hərbi dəstəyin, o cümlədən sursatın çatdırılmasını sürətləndirməliyik”, – siyasətçi qeyd edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button