Misir Prezidenti Azərbaycanı “İslam Səkkizliyi”nə qoşulması münasibətilə təbrik edib

Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Azərbaycanı “İslam Səkkizliyi” (D-8) təşkilatına üzv olması münasibətilə təbrik edib.

“Polise.az” xəbər verir ki, o, bunu təşkilatın Qahirədə keçirilən sammitində çıxışı zamanı deyib.

“Fürsətdən istifadə edərək Azərbaycanı D-8 təşkilatına qoşulması münasibətilə təbrik etmək istərdim. Bu addım, şübhəsiz ki, bugünkü müzakirələri zənginləşdirəcək və ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açacaq”, – əs-Sisi vurğulayıb.

Qeyd edək ki, bu gün təşkilatın sammitində Azərbaycanın D-8-ə üzv olması barədə yekdil qərar qəbul edilib.

“İslam Səkkizliyi” (D-8 – Organization for Economic Cooperation) – 1997-ci ildə üzv ölkələr (Türkiyə, İran, Nigeriya, Misir, Pakistan, İndoneziya, Malayziya və Banqladeş) arasında iqtisadi əməkdaşlığın inkişafı məqsədilə yaradılmış beynəlxalq təşkilatdır.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button