Misir və Türkiyə razılaşmasa… – Kontr-admiral

Türkiyə və Misirin Şərqi Aralıq məsələsində yaxınlaşması Yunanıstanı ciddi şəkildə narahat edir.

Bunu Türkiyənin ehtiyatda olan kontr-admiralı Dəniz Qutluq deyib.

O bildirib ki, yunanlar sanki bütün adanı iqtisadi bölgə elan ediblər:

“Bununla kifayətlənməyərək Türkiyənin Aralıq dənizindəki qitə şelfinə əl uzatdılar. Türkiyə də ilk olaraq yunanlara xəbərdarlıq etdi, daha sonra problem həll olunmadığı üçün beynəlxalq təşkilatlara müraciət etdi. Bunlar da işə yaramadıqda lazım olan addımları atdı. Əsas qüvvələr olan Türkiyə və Misir razılaşma əldə etmədikləri müddətdə ikinci dərəcəli qüvvələr daha çox tələb irəli sürür. Bu da iki tərəf üçün çox yorucu olur. Misal üçün 2003-cü ildə Cənubi Kiprlə Misir arasındakı anlaşmanı göstərmək olar. Bu anlaşma ilə Misir əslində 11 min 500 kvadrat kilometr zəngin yataqları olan bölgəni itirmişdi”.

Hamısını Göstər

Related Articles

Back to top button